Səudiyyə Ərəbistanı neft qiymətlərini qaldırır

Səudiyyə Ərəbistanı neft qiymətlərini qaldırır Səudiyyə Ərəbistanı Asiya bazarına ixrac etdikləri əksər neft markalarının qiymətini iyul ayından etibarən qaldırır.
Energetika
107
7 İyun , 2021 16:51
Səudiyyə Ərəbistanı neft qiymətlərini qaldırır

Səudiyyə Ərəbistanı Asiya bazarına ixrac etdiyi əksər neft markalarının qiymətini iyul ayından etibarən qaldırır.

“Report” xəbər verir ki, “Saudi Aramco” şirkətinin açıqlamasına görə, “Arab Light” markası 0,2 ABŞ dolları bahalaşaraq Oman və Dubay neftindən 1,9 dollar baha satılacaq. Həmçinin “Arab Heavy” markalı neft 0,1 dollar ucuzlaşacaq.

ABŞ bazarı üçün qiymətlər dəyişmir, Avropanın şimal-qərbi üçün 0,6-1,4 dollar, Aralıq dənizi hövzəsi üçün isə 0,4-1,1 dollar artırılır.

Son xəbərlər

Orphus sistemi