Yuxarı

Səudiyyə Ərəbistanı neft ixracını rekord həcmdə azaldacaq

Səudiyyə Ərəbistanı neft ixracını rekord həcmdə azaldacaq
Səudiyyə hasilatın azaldılması üzrə sazişin digər üzvlərindən də analoji addımı gözləyir

Bakı. 10 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət şirkəti OPEC-in qlobal neft ehtiyatlarının azaldılması üzrə təşəbbüsünə dəstək çərçivəsində noyabrda ixracı rekord dərəcədə – sutkada 7,15 milyon barel azaltmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyinə istinadən "Bloomberg" məlumat yayıb.

Nazirlik qeyd edir ki, Səudiyyə hökuməti hasilatın azaldılması üzrə sazişin digər üzvlərindən də analoji addımı gözləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi