Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa hazırlaşır

Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa hazırlaşır Bakı. 2 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında 2019-cu ilin ilkin dövlət büdcəsi dərc olunub.
Energetika
2 Oktyabr , 2018 12:29
Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa hazırlaşır
0 : 00
0 : 00

Bakı. 2 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında 2019-cu ilin ilkin dövlət büdcəsi dərc olunub. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, OPEC-in ən mühüm üzv ölkəsində büdcənin məxaric hissəsinin 7 faiz artaraq 1,1 trilyon rial (295 milyard ABŞ dolları) təşkil etməsi nəzərdə tutulur ki, bunun da 70 faizi neft ixracından əldə olunacaq. Mədaxil hissəsi isə 978 milyard rial (261 milyard dollar) məbləğində proqnozlaşdırılır ki, bu da 2018-ci ilə nisbətən 11 faiz çoxdur. Həmin fərq daha çox neftin kəskin bahalaşması ilə bağlıdır.

Səudiyyə höküməti gələn il neft bazarında ciddi dəyişikliklər gözləyir. Maliyyə naziri Məhəmməd əl Cədaanın şərhində göstərilir ki, büdcənin bu cür açıq formada tərtib olunnmasının əsas məqsədi iqtisadiyyatın neft asılılığına son qoymaq olan Vision2030 proqramı çərçivəsində irimiqyaslı struktur islahatları aparmaq niyyətindən irəli gəlir. Belə ki, 2023-cü ilədək ölkədə tarazlı büdcəyə keçmək nəzərdə tutulur, islahatların isə müvəfəqiyyəti məhz neft bazarındakı sabitlikdən asılı olacaq.

Son xəbərlər

Orphus sistemi