Səudiyyə Ərəbistanı: Dünya neft ehtiyatlarının artması narahatlıq yaratmır

Səudiyyə Ərəbistanı: Dünya neft ehtiyatlarının artması narahatlıq yaratmır OPEC+ çərçivəsində növbədənkənar görüşün keçiriləcəyi mart ayına neft bazarındakı vəziyyətə dair proqnoz vermək çətindir, amma dünyada neft ehtiyatlarının gözlənilən artımı narahatlığa əsas vermir.
Energetika
22 Yanvar , 2020 18:09
Səudiyyə Ərəbistanı: Dünya neft ehtiyatlarının artması narahatlıq yaratmır

OPEC+ çərçivəsində növbədənkənar görüşün keçiriləcəyi mart ayına neft bazarındakı vəziyyətə dair proqnoz vermək çətindir, amma dünyada neft ehtiyatlarının gözlənilən artımı narahatlığa əsas vermir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunda iştirak edən Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər naziri Əbdüləziz bin Salman jurnalistlərə bildirib.

“İlin I və II rübində neft ehtiyatlarının güclənməsi gözləniləndir. Amma ilin ikinci yarısında bu böyük ehtiyatlar həcminin azaldığını heç kim demir”, – deyə  nazir qeyd edib. O, hazırda Səudiyyə Ərəbistanın gündəlik neft hasilatının 9,74 milyon barel olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, neft ixrac edən 24 ölkə 2017-ci ildən OPEC+ formatını təşkil edərək dünya üzrə neft hasilatını əlaqələndirir. 2019-cu ilin iyul ayında həmin format çərçivəsində gündəlik hasilatın 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barel azaltmaq barədə razılıq əldə edilmişdi ki, bunun 812 min bareli OPEC ölkələrinin payına düşür. Eyni zamanda ötən ilin dekabr ayında hasilatı 1,2 milyon barel yox, 1,7 milyon barel azaltmaqla bağlı yeni razılaşma əldə edilib. Bu razılaşmanın müddəti bu ilin mart ayının sonunadək qüvvədədir.

Son xəbərlər

Orphus sistemi