Səudiyyə Ərəbistanı Avropa üçün neftin qiymətini endirib

Səudiyyə Ərəbistanı Avropa üçün neftin qiymətini endirib S.Ərəbistanı Rusiyanın Avropa bazarında payını azaltmağa çalışır
Energetika
6 Aprel , 2017 13:12
Səudiyyə Ərəbistanı Avropa üçün neftin qiymətini endirib

Bakı. 6 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Rusiyanın əsas satıcı olduğu Avropa regionu üçün neftin satış qiymətini aşağı salıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, endirimin miqdarı 0,30-0,45 dollar/barel təşkil edib. Əksinə, S.Ərəbistanı asiyalı müştərilərə satdığı "Arab Light" markalı neftin qiymətini 0,3 dollar/barel artırıb. Həmçinin, ABŞ, Şimal-Qərbi Avropa, Aralıq dənizi regionu ölkələrinə satışın qiyməti artırılıb.

Qeyd edək ki, Ər-Riyad 2016-cı ildə Avropa regionuna 42,5 mln. ton neft, qaz və neft məhsulları sataraq keçmiş SSRİ respublikaları, Norveç və İraqdan sonra 4-cü olub.

"Emirates NBD" şirkətinin analitiki Edvard Bel (Edward Bell) hesab edir ki, Avropa bazarında neftə tələbat artır: "Səudiyyə Ərəbistanı bu bazarda Rusiyadan bir qədər pay almağa çalışır".

Son xəbərlər

Orphus sistemi