​Səudiyyə Ərəbistanı amerikalılara və avropalılara neftin qiymətində endirim edəcək

​Səudiyyə Ərəbistanı amerikalılara və avropalılara neftin qiymətində endirim edəcək Krallıq Asiyadan olan müştəriləri üçün isə bir barel neftin qiymətini 0,3-1 dollar artıracaq
Energetika
6 Noyabr , 2015 14:22
​Səudiyyə Ərəbistanı amerikalılara və avropalılara neftin qiymətində endirim edəcək

Bakı. 6 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı bu ilin dekabr ayından Avropa ölkələri və ABŞ üçün neftin bütün növlərinin qiymətini ucuzlaşdıracaq.

"Report" "Korrespondent"ə istinadən xəbər verir ki, bunu "Saudi Aramco" dövlət şirkəti bildirib.

Məlumata görə, krallıq Asiyadan olan alıcıları üçün isə "qara qızıl"ı baha satacaq.

Səudiyyə Ərəbistanı gələn aydan Şimal-Qərbi Avropadan olan müştərilərinə bir barel neftin qiymətində 1-1,35 dollar, Aralıq dənizi ölkələri üçün 0,4-0,5 dollar endirim edəcək.

ABŞ-dan olan alıcılara "Extra Light" markalı neftin bir bareli 0,1 dollar, qalan markalar isə 0,2 dollar ucuzlaşacaq.

Krallıq Asiyadan olan müştəriləri üçün dekabrdan bir barel neftin qiymətini 0,3-1 dollar  artıracaq.

Son xəbərlər

Orphus sistemi