Səudiyyə Ərəbistanı ABŞ, Avropa və Asiya üçün neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanı ABŞ, Avropa və Asiya üçün neft qiymətlərini artırıb Bu ölkə neft hasilatının azaldılması anlaşmasına əməl edib
Energetika
2 Fevral , 2017 20:01
Səudiyyə Ərəbistanı ABŞ, Avropa və Asiya üçün neft qiymətlərini artırıb

Bakı. 2 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı mart ayından etibarən ABŞ, Avropa və Asiyadan olan alıcılar üçün neft qiymətlərini artıracağını elan edib. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, asiyalı müştərilər üçün yüngül növ neft 0,3 dollar/barel artırılıb. ABŞ, Şimal-Qərbi Avropa və Aralıq dənizi regionu ölkələr üçün bütün növ neft məhsulları üçün qiymətlər bahalaşdırılıb. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-in Vyanada hasilatın azaldılması ilə bağlı əldə etdiyi anlaşmaya ilk əməl edən ölkə olub və hasilatı təqribən 500 min barel/gün azaldıb.  

Son xəbərlər

Orphus sistemi