Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanı: OPEC üzvləri razılığa gəməyəcək

    Məsləhətləşmələr bu ilin noyabr ayında Avstriyada davam etdirilə bilər

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Əlcəzairdə keçirilən Beynəlxalq Energetika Forumunda neft hasil edən ölkələrin hasilatın dondurulması barədə razılıq əldə etməsinə ümid böyük olsa da, bu, sentyabr ayında baş tutmayacaq.

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Faleh deyib. 

    Nazir bildirib ki, bugünkü Əlcəzair sammitində heç bir razılaşma gözlənilmir, mümkün razılıq bu ilin noyabr ayında Avstriyanın paytaxtı Vyanada əldə oluna bilər: "OPEC üzvləri arasında fikir ayrılığı böyükdür. Mən məsləhətləşmələr xaricində heç bir anlaşma gözləmirəm". 

    Əl-Faleh həmçinin İran, Liviya və Nigeriyanın hasilatı artırdığını, bunun hasilatın həcmini rekord həddə çatdırdığını qeyd edib. O, bu gün OPEC-in neft bazarını sakitləşdirmək üçün yumşaq və gözlənti yaradan bir açıqlama verəcəyini düşündüyünü də sözlərinə əlavə edib.  

    "Report" analitik qrupu hesab edir ki, noyabrda Vyanada keçirilməsi ehtimal edilən OPEC-in növbəti sammitinə qədər neftin qiyməti bir qədər azalaraq 35-40 dollar/barel səviyyəsinə düşəcək. Bugünkü sammitdə hasilatın dondurulması barədə qərar qəbul edilsə belə, neft təklifinin tələbi üstələməsi qiymətlərin artmasına imkan verməyəcək. Hasilatın azaldılması isə hasilatçı ölkələrin ehtiyatlarının artmasına səbəb olacaq ki, bu da neft bazarında vəziyyətin sabitləşməsindən sonra əlavə məhsulun bazara çıxarılması və qiymətlərin azalması ilə nəticələnəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi