Şirkət rəhbəri: "Şərq-Qərb dəhlizində ən böyük nailiyyət TANAP layihəsidir" - VİDEO

Şirkət rəhbəri: "Şərq-Qərb dəhlizində ən böyük nailiyyət TANAP layihəsidir" - VİDEO “Regionda həyata keçirilən Trans-Xəzər qaz kəməri layihəsi Avropanın davamlı enerji təminatı baxımından çox önəmlidir. Bu layihəyə dair ABŞ və Rusiya nümayəndələri ilə ətraflı müzakirələr apardıq”.
Energetika
22 Yanvar , 2020 15:32
Şirkət rəhbəri: Şərq-Qərb dəhlizində ən böyük nailiyyət TANAP layihəsidir - VİDEO

“Regionda həyata keçirilən Trans-Xəzər qaz kəməri layihəsi Avropanın davamlı enerji təminatı baxımından çox önəmlidir. Bu layihəyə dair ABŞ və Rusiya nümayəndələri ilə ətraflı müzakirələr apardıq”. 

Bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Report”a açıqlama verən “Damnus” enerji və investisiya şirkətinin İdarə Heyətinin sədri Nüsrət Cömərt deyib. 

Onun sözlərinə görə, tədbirin bir hissəsi kimi keçirilən Xəzər Forumu ən önəmli forumlardan biridir. 

Qeyd edək ki, Trans-Xəzər layihəsinə ABŞ Avropa ittifaqından çox maraq göstərir. Layihənin reallaşdırılmasında əsas əngəllərdən biri Xəzər dənizinin hüquqi statusunun indiyə qədər müəyyən edilməməsidir. 

2000-ci ilin əvvəlindən imzalanmış müqaviləyə əsasən, Türkmənistan Trans-Xəzər qaz kəməri ilə Türkiyəyə ildə 16 milyard kubmetr, Avropaya isə 14 milyard kubmetr qaz ixrac etməli idi. Azərbaycan bu layihədə tranzit ölkə kimi nəzərdə tutulsa da, sonradan “Şahdəniz 1” və “Şahdəniz 2” qaz yataqlarının kəşf edilməsi ilə ölkəmiz "mavi yanacağ"ın əsas ixracatçısına çevrilib.

N.Cömert vurğulayıb ki, Şərq-Qərb dəhlizində ən böyük nailiyyət TANAP layihəsidir: "Bir çox layihələr gündəmdən çıxsa da, bu layihə reallaşdırılıb". 

Son xəbərlər

Orphus sistemi