Yuxarı

Serbiya TANAP vasitəsilə Azərbaycandan qaz tədarükü imkanı əldə edə bilər

Nazir Antiç: Rusiya Cənub axınından imtina etdikdən sonra Serbiya alternativ qaz təchizatını nəzərdən keçirməyə başlayıb

Bakı. 7 aprel. REPORT.AZ/ Serbiya TANAP vasitəsilə Azərbaycandan qaz tədarükü imkanı əldə edə bilər.

"Report" "Natural Gas Europe"a istinadən xəbər verir ki, bu barədə Serbiyanın dağ sənayesi və energetika naziri Aleksandr Antiç bildirib. 

O qeyd edib ki, Serbiya hökuməti qazın yeni mənbələri və tədarük marşrutlarını təmin edəcək bütün layihələrdə iştirak etməyə çalışacaq.

Onun sözlərinə görə, Bolqarıstanla qarşılıqlı əlaqələr quran Serbiya TANAP-a çıxış əldə edə bilər. 

"Rusiya "Cənub axınından" imtina etdikdən sonra Serbiya alternativ qaz təchizatını nəzərdən keçirməyə başlayıb, bu da serbiyalı məmurların qarşısında qazın gələcək tədarükü ilə bağlı bir sıra məsələlər qoyub", - nazir vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi