Sentyabrda Rusiyada neft hasilatı azalıb

Sentyabrda Rusiyada neft hasilatı azalıb Həmçinin ötən ay neft ixracı da azalma göstərib
Energetika
2 Oktyabr , 2017 16:02
Sentyabrda Rusiyada neft hasilatı azalıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Rusiyanın sentyabr ayında orta gündəlik neft hasilatı avqust ayı ilə müqayisədə 0,1% azalaraq 10,907 mln. barel təşkil edib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumat Rusiya Yanacaq-energetika kompleksinin Mərkəzi Dispetçer İdarəsi tərəfindən yayılıb.

Agentlik bildirir ki, illik müqayisədə sentyabrda orta neft hasilatı 1,7% azalma göstərib. Qeyd edək ki, 2016-cı ilin oktyabrında Rusiyada orta hesabla 11,247 mln. barel/gün neft hasil edilib. Sentyabrda neft ixracı isə aylıq müqayisədə 3,6%, illik müqayisədə 6,3% azalıb və 5,242 mln. barel/gün təşkil edib.

Son xəbərlər

Orphus sistemi