​Sentyabrda Böyük Britaniyada neft-qaz sərgisi keçiriləcək

​Sentyabrda Böyük Britaniyada neft-qaz sərgisi keçiriləcək Sonuncu analoji sərgidə iştirak edən ziyarətçilərin ümumi sayı 63 min nəfərdən çox olub
Energetika
13 İyul , 2015 14:01
​Sentyabrda Böyük Britaniyada neft-qaz sərgisi keçiriləcək

Bakı. 13 iyul. REPORT.AZ/ Sentyabrın 8-11-də Aberdində (Şotlandiya) "Offshore Europe 2015" (OE 2015) adlı beynəlxalq konfrans-sərgi keçiriləcək. "Report"un sərginin rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, konfrans-sərgidə neft və qaz sənayesini təmsil edən şirkətlərin nümayəndələri, mühəndislər və ekspertlər iştirak edəcəklər.

Sərgidə müxtəlif şirkətlərin hasilat və emal sənayesində tətbiq etdikləri yeni texnolgiyaların nümayiş etdiriləcəyi deyilir.

Xatırladaq ki, iki il öncə keçirilən OE 2013-də 27 180 kv. metr ərazidə, 100-dən çox ölkəni təmsil edən 1 500-dən artıq şirkət öz məhsulunu nümayiş etdirib. Sərgidə iştirak edən ziyarətçilərin ümumi sayı isə 63 min nəfərdən çox olub.

Son xəbərlər

Orphus sistemi