Sentyabrda Astanada 4-cü Beynəlxalq “Caspian Energy” Forumu keçiriləcək

Sentyabrda Astanada 4-cü Beynəlxalq “Caspian Energy” Forumu keçiriləcək Tədbir çərçivəsində “Caspian Energy Award – 2015” mükafatının təqdimetmə mərasimi də keçiriləcək
Energetika
21 Mart , 2015 22:09
Sentyabrda Astanada 4-cü Beynəlxalq “Caspian Energy” Forumu keçiriləcək

Bakı. 21 mart. REPORT.AZ/ Sentyabrın 30-da Astanada 4-cü Beynəlxalq “Caspian Energy” Forumu keçiriləcək. Forumun təşkilatçısı Caspian Energy International Media Group-dur.

"Report"un AZƏRTAC-a istinadən verdiyi məlumata görə, forumda nazirlər, enerji və iqtisadiyyat sektorunu təmsil edən dövlət komitələrinin və agentliklərinin rəhbərləri, Qazaxıstan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin beynəlxalq Avropa maliyyə strukturlarının, neft-qaz biznesinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iri beynəlxalq şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Tədbir çərçivəsində “Caspian Energy Award – 2015” mükafatının təqdimetmə mərasimi də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi