Sentyabr ayında OPEC+ ölkələri hasilata dair razılaşmanı 111 faiz yerinə yetiriblər

Sentyabr ayında OPEC+ ölkələri hasilata dair razılaşmanı 111 faiz yerinə yetiriblər Bakı. 25 oktyabr. REPORT.AZ/ Sentyabr ayında OPEC+ ölkələri neft hasilatının məhdudlaşdırılması barədə razılaşmaya dair öhdəliklərini 111 faiz səviyyəsində yerinə yetiriblər.
Energetika
25 Oktyabr , 2018 17:27
Sentyabr ayında OPEC+ ölkələri hasilata dair razılaşmanı 111 faiz yerinə yetiriblər
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ Sentyabr ayında OPEC+ ölkələri neft hasilatının məhdudlaşdırılması barədə razılaşmaya dair öhdəliklərini 111 faiz səviyyəsində yerinə yetiriblər.

“Report” OPEC-in rəsmi saytına istinadən xəbər verir ki, OPEC+ Nazirlər Monitorinq Komitəsi (JMMC) sentyabr ayında üzv ölkələrin əldə etdikləri nəticələrdən razı qaldığını bildirərək təlabata nisbətən təklifin yaxşı səviyyədə olduğunu qeyd edib.

“Bununla belə, Komitə son həftələr ərzində ehtiyatların artmasından narahatlığını ifadə edib, qarşıdan gələn makroiqtisadi qeyri-müəyyənlik ucbatından siyasi xətti dəyişdirmək lazım ola biləcəyini qeyd edir”, - saytdakı məlumatda qeyd olunub.

JMMC Texniki Monitorinq Komitəsinə əsaslı və bazar amillərini, bazarda tarazlığı saxlamaq səylərinin səmərəli olub-olmadığını izləmək tapşırığını verib.

Son xəbərlər

Orphus sistemi