Bu il Səngəçal terminalından 134 mln bareldən çox neft və kondensat ixrac edilib

Bu il Səngəçal terminalından 134 mln bareldən çox neft və kondensat ixrac edilib Bu ilin I yarım ili ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla 134 mln bareldən çox neft və kondensat ixrac edilib.
Energetika
1 Avqust , 2019 16:26
Bu il Səngəçal terminalından 134 mln bareldən çox neft və kondensat ixrac edilib

Bu ilin I yarım ili ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla 134 mln bareldən çox neft və kondensat ixrac edilib.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabata əsasən xəbər verir. 

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7 mln barel və ya 5% azdır.

Bu həcmin 121 mln bareldən çoxu Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təqribən, 13 mln bareli Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu vasitəsilə ixrac edilib. BTC ilə ötürülən neftin həcmi ötən ilin yarım ili ilə müqayisədə 3 mln barel və ya 2,4% azdır. Bakı-Supsa kəməri vasitəsilə nəql edilən neftin həcmi isə 3 mln barel və ya 18,7% azdır.

2019-cu ilin birinci yarım ili ərzində terminaldan həmçinin gündəlik orta hesabla 46 mln standart kubmetr (təqribən 1 mlrd 610 mln standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib.

Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln barel neft və “Şahdəniz” qazı üçün, təqribən, 80 mln standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik, təqribən, 100 mln standart kubmetrdir.

Qaz terminaldan, əsasən, Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Son xəbərlər

Orphus sistemi