Səngəçal terminalından 141 mln. bareldən artıq neft və kondensat ixrac edilib

Səngəçal terminalından 141 mln. bareldən artıq neft və kondensat ixrac edilib Terminaldan gündəlik orta hesabla 28 mln. kubmetr “Şahdəniz” qazı ixrac edilib
Energetika
17 Avqust , 2017 17:54
Səngəçal terminalından 141 mln. bareldən artıq neft və kondensat ixrac edilib

Bakı. 17 avqust. REPORT.AZ/ Bu ilin ilk yarısı ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla, 141 mln. bareldən artıq neft və kondensat ixrac edilib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu həcmdən 124 mln. bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 15,5 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,5 mln. barel ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edilib.

Birinci yarımil ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28 mln. kubmetr (987 mln. kubfutdan artıq) “Şahdəniz” qazı ixrac edilib.

Qeyd edək ki, Səngəçal terminalına neft və qaz “AÇG” və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. kubmetr təşkil edir.

Qaz terminaldan, əsasən, Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Son xəbərlər

Orphus sistemi