"Səngəçal-Dəniz-Xərə-Zirə" yatağında yerləşən estakadayanı meydançalarda əsaslı təmir aparılıb

"Səngəçal-Dəniz-Xərə-Zirə" yatağında yerləşən estakadayanı meydançalarda əsaslı təmir aparılıb Təmir işlərindən sonra estakadayanı meydançalar Dövlət Qəbulu Komissiyası tərəfindən istismara qəbul edilib
Energetika
27 İyul , 2016 13:56
Səngəçal-Dəniz-Xərə-Zirə yatağında yerləşən estakadayanı meydançalarda əsaslı təmir aparılıb

Bakı. 27 iyul. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzərin Azərbaycan sektorunda işlədiyi yataqlarda hasilatın səmərəliliyinin artırılması, əməyin mühafizəsinin və təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədi ilə mövcud hidrotexniki qurğuların, sosial obyektlərin tikintisi və təmiri, estakadalarda yol infrastrukturunun yaxşılaşdırılması işlərini prioritet istiqamət kimi diqqət mərkəzində saxlayır".

"Report" xəbər verir ki, bu barədə SOCAR-dan qeyd olunub.

Bildirilib ki, şirkətin “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağında yerləşən estakadayanı meydançalarda əsaslı təmir işlərini həyata keçirib. 

"Birliyin sifarişi əsasında 247 saylı estakadayanı meydançada 46 ədəd möhkəmləndirici svay vurulub, 4 ədəd metal lövhə quraşdırılıb, meydançanın 660 kvadratmetrlik hissəsi əsaslı təmir edilib. 447 saylı estakadayanı meydançada aparılan təmir işləri çərçivəsində 40 ədəd möhkəmləndirici svay vurulub və 4 metal lövhə quraşdırılıb. Meydançanın 840 kvadratmetrlik hissəsi əsaslı təmir edilib. 620 və 694 saylı estakadayanı meydançalarda ümumilikdə 105 ədəd möhkəmləndirici svay vurulub və 10 metal lövhə quraşdırılıb, 1320 kvadratmetrlik hissə əsaslı təmir edilib. Təmir işlərindən sonra estakadayanı meydançalar Dövlət Qəbulu Komissiyası tərəfindən istismara qəbul edilib," - deyə SOCAR-dan bildirilib.                           

Son xəbərlər

Orphus sistemi