Azərbaycan Dövlət Neft Şirkətinin (
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədi ilə Şəmkir rayonunun Düyərli kəndini təbii qazla təmin edən orta təzyiqli daşıyıcı yeraltı qaz kəmərinin 4 min metr hissəsinin, diametri 250 mm-lik polietilen qaz kəməri ilə əvəzlənməsi işlərinə başlanılıb və 2 500 metrdən artıq hissəsi yenilənib.
Yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra 2 minə yaxın təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.
"İstehlakçıların dayanıqlı təbii qazla təmin olunması üçün vacib məsələləri müəyyənləşdirən “Azəriqaz” istər Bakı şəhəri, istərsə də regionlarda qaz boru xətlərinin, avadanlıqların, ölçü və idarəetmə sistemlərinin işinin etibarlı təmin olunması üçün, planlı surətdə profilaktik təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin yenidənqurulması, qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması işlərini davam etdirir",- məlumatda bildirilib.


