Azərbaycanda qaz xəttinə daha bir qanunsuz müdaxilə aşkar edilib

Azərbaycanda qaz xəttinə daha bir qanunsuz müdaxilə aşkar edilib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz xəttinə daha bir qanunsuz müdaxilə aşkar edib.
Energetika
12 Oktyabr , 2021 15:09
Azərbaycanda qaz xəttinə daha bir qanunsuz müdaxilə aşkar edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz xəttinə daha bir qanunsuz müdaxilə aşkar edib.

“Report” bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, faktı İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa Xidmət sahəsinin əməkdaşları üzə çıxarıb. Belə ki, rayonun Köçəsgər kənd sakini Tahir Mehtiyev ona məxsus həyətyanı sahənin qarşısından keçən qaz xəttinə 2 rezin boru ilə qeyri-qanuni birləşmə edib. Görüntülərdən göründüyü kimi vətəndaş qarşısına çıxa biləcək real təhlükədən çəkinmir, bunun nəticələrinin ağır olacağının fərqində deyil və kustar üsulla qaz xəttinə qanunsuz birləşmə edir.

Sözügedən məsələ ilə bağlı dərhal tədbirlər görülməklə, qanunsuz qoşulma ləğv edilib. "Azəriqaz” ir daha xəbərdarlıq edir ki, vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər.

Son xəbərlər

Orphus sistemi