Şəmkir, Tovuz və Ağstafada yeni məntəqələr qazlaşdırılıb

Şəmkir, Tovuz və Ağstafada yeni məntəqələr qazlaşdırılıb Şəmkir rayonunun Qaracəmirli kəndində yeni salınmış yaşayış massivi bu gündən təbii qazla təmin olunub.
Energetika
29 Avqust , 2019 15:49
Şəmkir, Tovuz və Ağstafada yeni məntəqələr qazlaşdırılıb

Şəmkir rayonunun Qaracəmirli kəndində yeni salınmış yaşayış massivi bu gündən təbii qazla təmin olunub.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bir pilləli sistem əsasında müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, paylayıcı qaz xətti çəkilərək 59 fərdi yaşayış evinə qaz tənzimləyicisi və qaz sayğacı quraşdırılıb. Bununla da Şəmkir rayonu Qaracəmirli kəndində təbii qaz alan abonentlərin sayı 1 261-ə çatıb.

Ümumilikdə, Şəmkir rayonundakı yaşayış məntəqələri üzrə qazlaşma səviyyəsi 89,4%, əhali üzrə isə 98,6% təşkil edir. Bu gün həmçinin Şəmkir Regional Qaz İstismar İdarəsinin (RQİİ) xidməti ərazisinə daxil olan Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 71, Ağstafa şəhəri 33-cü məhəllədə isə 20 fərdi yaşayış evinə qaz verilib. 

Son xəbərlər

Orphus sistemi