Şəkinin Qozlubulaq kəndinə qazın verilişi bərpa edilib

Şəkinin Qozlubulaq kəndinə qazın verilişi bərpa edilib Kəndin 173 abonenti qazla təmin olunub
Energetika
1 Mart , 2016 14:01
Şəkinin Qozlubulaq kəndinə qazın verilişi bərpa edilib

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şəki rayonunun Qozlubulaq kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 173 abonenti olan kəndin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 13 457 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi