Şəkinin daha bir kəndinə qaz verilib

Şəkinin daha bir kəndinə qaz verilib Kəndin 468 abonenti qazla təmin edilib
Energetika
7 Aprel , 2016 15:07
Şəkinin daha bir kəndinə qaz verilib

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Şəki rayonunun Cəyirli kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 468 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi 33 912 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi