​Şəkinin daha bir kəndinə qaz verilib

​Şəkinin daha bir kəndinə qaz verilib Kəndin 212 abonenti qazla təmin olunub
Energetika
29 İyul , 2016 17:22
​Şəkinin daha bir kəndinə qaz verilib

Bakı. 29 iyul. REPORT.AZ/ Bu gün Şəki rayonunun Abbas kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, 212 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 504 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi