​Şəkinin daha bir kəndinə qaz verilib

​Şəkinin daha bir kəndinə qaz verilib Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev iştirak edib
Energetika
26 Mart , 2016 14:28
​Şəkinin daha bir kəndinə qaz verilib

Şəki. 26 mart. REPORT.AZ/ Bu gün Şəkinin İkinci Biləcik kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

"Report"un xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri, "Azəriqaz " İstehsalat Birliyi, rayon İcra Hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 300 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8 280 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 26 122 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlərin sayına uyğun olaraq 300 ədəd sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Toplantıda çıxış edən R.Abdullayev Novruz bayramı və əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş tədbirlərdən danışıb. Dövlət Neft Şirkətinin prezidenti bildirib ki, bu, dövlət başçısı İlham Əliyevin qarşıya məqsəd qoyduğu sosial layihədir və dünyanın heç bir yerində Azərbaycandakı kimi belə sürətli qazlaşdırma işləri aparılmır.

"Mavi yanacaqla intensiv şəkildə kəndlərin təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir", - deyə R.Abdullayev qeyd edib.

Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb, evlərdən birində mavi yanacağın təzyiqi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi