Bakı. 9 iyun.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 331 abonenti olan kəndin birpilləli sistem əsasında ilk dəfə qazlaşdırılması zamanı təqribən 22,4 km uzunluğunda müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunub, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.