Bakı. 26 oktyabr. REPORT.AZ/ Şəki rayonunun Qoxmuq kəndinə təbii qazın verilişi bərpa edilib.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, kəndin 1400 abonenti təbii qazla təmin olunub.
Qaz verilişinin bərpa olunması münasibətilə keçirilən tədbirdə bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 67472 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.