Şəkidə su elektrik stansiyasının ikinci qurğusu istifadəyə verilib

Şəkidə su elektrik stansiyasının ikinci qurğusu istifadəyə verilib Qurğunun istifadəyə verilməsi AREA və BMTİP birgə layihə çərçivəsində mümkün olub
Energetika
18 Noyabr , 2014 11:50
Şəkidə su elektrik stansiyasının ikinci qurğusu istifadəyə verilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Şəkidə su elektrik stansiyasının ikinci qurğusu istifadəyə verilib.

"Report"un məlumatına görə, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib. Məlumata əsasən, qurğunun istifadəyə verilməsi Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və BMT-nin İnkişaf Proqramının (BMTİP) “Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı” adlı birgə layihəsi çərçivəsində həyata keçirilib. Layihə Avropa İttifaqı və Norveç Hökuməti tərəfindən maliyyələşdirilib.

Tədbirdə AREA-nın sədri Akim Bədəlov, Avropa İttifaqının Azərbaycandakı Missiyasının rəhbəri Malena Mard, BMT-nin Rezident Əlaqələndiricisi Antonius Bruk və Norveçin Azərbaycadakı səfirliyinin birinci katibi Marko Soldiç layihənin əsas tərəfdaşları qismində iştirak ediblər.

Tədbirdə çıxış edən A.Bədəlov Azərbaycan hökuməti, ölkənin mineral sərvətlərlə zəngin olmasına baxmayaraq, təbiətə təzyiqin azaldılması fəaliyyəti üzrə qlobal çağırışa əməl və alternativ enerji mənbələrinin inkişafını dəstəklədiyini bir daha bu yolla nümayiş etdirmiş olduğunu bildirib.

A.Bruk çıxış nitqində qurğunun hazırlanıb uğurla təhvil verilməsi işindən razı qaldığını və bu layihənin çoxtərəfli tərəfdaşlığa bariz nümunə olduğunu bildirib. 

Qeyd edək ki, “Azərbaycanda Dayanıqlı Enerjinin İnkişafı” layihəsinin əsas məqsədi Xəzər dənizi sahili boyunca külək enerjisindən istifadəni, quşçuluq və mal-qara sənayelərindən bioqaz istehsalı, eləcə də günəş enerjisinin cari istehsalı işinin artırılması və inkişaf etdirilməsi də daxil olmaqla, alternativ enerji mənbələrinin inkişaf etdirilməsidir.

Şəkinin enerji təchizatının yaxşılaşdırması ilə yanaşı, bu qurğu vasitəsi ilə daha kiçik, ekoloji təmiz elektrik enerji istehsalı işini nəzərdən keçirmək və bunun əsasında, ölkənin digər kiçik çay və sularında layihənin tətbiqini qiymətləndirmək mümkün olacaq. 

Son xəbərlər

Orphus sistemi