Şəkidə ağacın qaz xəttinin üzərinə aşması 500 abonenti qazsız qoyub

Şəkidə ağacın qaz xəttinin üzərinə aşması 500 abonenti qazsız qoyub Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac dametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.
Energetika
26 Sentyabr , 2019 14:39
Şəkidə ağacın qaz xəttinin üzərinə aşması 500 abonenti qazsız qoyub

Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac dametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bundan başqa, bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb. Nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb. Hazırda “Azəriqaz” İB-nin Zaqatala Regional Qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi