Şəki rayonunun Aşağı Göynük kəndinə qaz verilib - FOTO

Şəki rayonunun Aşağı Göynük kəndinə qaz verilib - FOTO Rövnəq Abdullayev: "Yaşayış məntəqələrinin qazla təmin olunması xalqın rifah halının daha da yaxşılaşmasına xidmət edir"
Energetika
30 Aprel , 2016 13:10
Şəki rayonunun Aşağı Göynük kəndinə qaz verilib - FOTO

Bakı. 30 aprel. REPORT.AZ/ Şəki rayonunun Aşağı Göynük kəndinə təbii qaz verilib. "Report"un məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu münasibətlə keçirilən mərasimdə iştirak edib.

Bildirilib ki, 651 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 947 metr uzunluğunda müxtəlif diametrli polietilen və 57 170 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 651 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən SOCAR prezidenti R.Abdullayev son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. 

Şirkət rəhbəri qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin qazla təmin olunması xalqın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi