Yuxarı
    Bağlamaq

    Şəki, Ağcabədi və Ağsu rayonlarının yaşayış məntəqələrinə qaz verilib

    Ölkədə 1 146 yeni abonent yaranıb

    Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Şəkinin Qayabaşı, Ağcabədinin Yeni Qaradolaq və Ağsunun Padarqışlaq kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

    “Report”a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Bildirilib ki, 385 abonenti olan Qayabaşı kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 217 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 28 606 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 385 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Hazırda Şəkinin daha 4 kəndində (Şəki kənd, Kiçik Dəhnə, Baş Göynük və Baş Layısqı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

    496 abonenti olan Ağcabədi rayonunun Yeni Qaradolaq kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 29 051 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 496 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Hazırda Ağcabədi rayonunun daha 3 kəndində (Qiyaməddinli, Gələbədin, və Qaravəlli kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

    265 abonenti olan Ağsu rayonunun Padarqışlaq kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 968 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 21 249 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib,mənzillərə 265 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi