Səfir Yanoş Xerman: "Avropa enerji təhlükəsizliyi məsələsində Xəzər regionuna ümid bəsləyir"

Səfir Yanoş Xerman: "Avropa enerji təhlükəsizliyi məsələsində Xəzər regionuna ümid bəsləyir" Aİ: Cənub Enerji Dəhlizinin yaradılmasında "Şahdəniz" layihəsi böyük rol oynayır
Energetika
14 Noyabr , 2014 11:54
Səfir Yanoş Xerman: Avropa enerji təhlükəsizliyi məsələsində Xəzər regionuna ümid bəsləyir

Tbilisi. 14 noyabr. REPORT.AZ/ Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri layihələri Xəzər regionundan Avropa İttifaqı ölkələrinə daha çox enerji resursları ixrac etməyə imkan verəcək. "Report" xəbər verir ki, bu barədə bu gün Tbilisidə başlayan II Xəzər Enerji Forumunda Aİ-nin Gürcüstandakı səfiri Yanoş Herman bildirib. 

Onun sözlərinə görə, hazırda Aİ enerji resurslarının 53%-ni idxal edir. "Aİ neftin 90%-ni və təbii qazın 66%-ni idxal edir. Ümumilikdə, hər gün Aİ ölkələri 1 mlrd. avro dəyərində enerji resursları idxal edir ki, bu da Avropa İttifaqının gündəlik idxalının 25%-ni təşkil edir", - deyə Y.Herman qeyd edib.

Səfir vurğulayıb ki, bununla əlaqədar Aİ enerji asılılığını azaltmaq məqsədi ilə müxtəlif variantları nəzərdən keçirir. Bu həllər arasında enerji tələbatının 27% azaldılması, alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə kimi məsələlər yer alır. "Qərara alınıb ki, 2030-cu ilə qədər alternativ enerji mənbələrinin payı daha 27% artırılsın", - deyə Y.Herman vurğulayıb. 

Onun sözlərinə görə, Ukraynadakı son hadisələr Aİ-nin Xəzər regionuna diqqət yetirməsi üçün əhəmiyyətli bir amil olub. 

"Cənub Enerji Dəhlizinin yaradılmasında "Şahdəniz" layihəsi böyük rol oynayır. Bundan başqa, Cənub Dəhlizi ilə Türkmənistan qazının nəqli ilə bağlı danışıqlar aparan Türkiyənin rolunu da yüksək qiymətləndiririk. Həmçinin, türkmən qazının Avropaya idxal edilməsinə imkan yaradacaq Transxəzər boru kəmərinin tikintisinə dair danışıqları davam etdirəcəyik", - deyə səfir bildirib.

Y.Herman həmçinin qeyd edib ki, Aİ-nin enerji təhlükəsizliyinin təmin olunması məsələsində Gürcüstan enerji habı rolunu oynayacaq.

Son xəbərlər

Orphus sistemi