Səfir: "TAP layihəsi İtaliya və Azərbaycan üçün prioritetdir"

Səfir: "TAP layihəsi İtaliya və Azərbaycan üçün prioritetdir" Bakı. 1 may. REPORT.AZ/ TAP layihəsi İtaliya və Azərbaycan üçün prioritetdir.
Energetika
1 May , 2018 12:30
Səfir: TAP layihəsi İtaliya və Azərbaycan üçün prioritetdir
Report

Bakı. 1 may. REPORT.AZ/ "TAP layihəsi İtaliya və Azərbaycan üçün prioritetdir".

"Report" xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

"Bu layihə Avropanın maraqlarını da birləşdirir. Çünki alternativ enerji mənbələri əldə etmək imkanı verir", - səfir bildirib.

O, TAP-la bağlı İtaliyada olan bəzi etirazları şərh edərək bildirib ki, müəyyən problemlər olub, amma artıq onlar həll edilib və layihənin həyata keçirilməsinə mane olmayacaq: "Bu, o demək deyil ki, belə məsələlər layihənin icrasını ləngidəcək. Azərbaycan və İtaliya arasında olan çox sıx dostluq və strateji münasibətləri nəzərə alaraq, bütün bu problemlər həll edilir".

Son xəbərlər

Orphus sistemi