Səfir: "Moldova Azərbaycan şirkətlərinin karbohidrogen resurslarının işlənməsində iştirakında maraqlıdır"

Səfir: "Moldova Azərbaycan şirkətlərinin karbohidrogen resurslarının işlənməsində iştirakında maraqlıdır" Hökumət bununla bağlı açıq beynəlxalq tender elan edib
Energetika
24 Avqust , 2016 14:40
Səfir: Moldova Azərbaycan şirkətlərinin karbohidrogen resurslarının işlənməsində iştirakında maraqlıdır

Bakı. 24 avqust. REPORT.AZ/ “Moldova Azərbaycan şirkətlərinin yerli karbohidrogen resurslarının işlənməsində iştirakında maraqlıdır”.

“Report”a “Caspian European Club”dan verilən məlumata görə, bunu Moldovanın Azərbaycandakı səfiri George Leuke “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi “Caspian Energy”nin nümayəndə heyəti ilə görüşdə bildirib.

Moldovanın enerji sektorundan bəhs edərkən səfir qeyd edib ki, hələ 1970-ci illərdə başlanmış yataqların işlənməsi 1984-cü ildə davam etdirilib. “Bizim cəmi üç yatağımız var. Lakin əksər buruqların qazma dərinliyi 1 000 metrə qədər olub və onlardan yalnız bir neçəsi 3 000 metrə kimi və ya ondan bir qədər artıq olub. Bu gün həmin qazma işlərini və mədənlərin reabilitasiyasını davam etdirməkdən ötrü investisiya tələb olunur. Müəyyən nəhəng karbohidrogen resurs ehtiyatlarının aşkarlanmasının perspektivi geoloji baxımdan üzə çıxarılıb”, - deyə səfir qeyd edib.

O bildirib ki, hökumət açıq beynəlxalq tender elan edib və həmin tenderdə digərləri ilə yanaşı, dünyanın ən təcrübəli istehsalçılarından və dost ölkə olan Azərbaycanın da iştirakında maraqlıdır.

Görüş zamanı “Caspian European Club” (Caspian Business Club) və “Caspian Energy İnternational Media Group” çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına, həmçinin Moldova şirkətlərinin dekabrın 7-də Bakıda keçiriləcək “Caspian Energy Forum”da iştirakına da toxunulub. Moldova ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrdən danışan səfir qeyd edib ki, hazırkı mərhələdə ən mühüm məsələ iqtisadi-ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işini bərpa etməkdir: “Belə ki, Komissiyanın son iclası 2012-ci ildə təşkil olunub. Həmin tarixdən xeyli vaxt ötüb. Artıq iqtisadi əlaqələrimizi yaxşılaşdırmaq üçün zəruri olan prosesləri həyata keçirməyin zamanıdır”. Onun sözlərinə görə, protokolun planında təkcə iqtisadi və ticari deyil, həmçinin humanitar-mədəni, təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi kimi digər sahələr, eləcə də diasporla əlaqəli məsələlər üzrə əməkdaşlıq əksini tapıb.

“Biz sentyabrın sonunadək hökumətlərarası iclası keçirməyə hazır olduğumuzu bildirdik. Əlbəttə ki, ilk növbədə bizim həmsədrimiz - baş nazirin müavini, iqtisadiyyat naziri Oktavian Kalmık və onu müşayiət edən nümayəndə heyəti gəlməlidir. Azərbaycan tərəfindən həmsədr baş nazirin birinci müavini Yaqub Eyyubovdur”, - deyə səfir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi