Yuxarı

Səfir: “Chevron” və “ExxonMobil”in Azərbaycandan getməsi bu ölkəyə ABŞ-ın marağını azaltmır"

Səfir: “Chevron” və “ExxonMobil”in Azərbaycandan getməsi bu ölkəyə ABŞ

“Chevron” ilə “ExxonMobil” şirkətlərinin “Azəri-Çıraq-Günəşli” yataqlarında, habelə Bakı-Tbilisi-Ceyhan neft kəmərindəki paylarını satmaları ABŞ-ın Azərbaycana olan marağını heç də azaltmır".

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib.

“Bunu Vaşinqtonun Azərbaycana marağının azalması kimi görmürəm. 25 ildən çox davam edən enerji əməkdaşlığı iki ölkənin əlaqələrində mühüm yer tutur. Şirkətlərə gəlincə, onlar öz mənafeyinə uyğun olaraq hansı bazarda iştirak edəcəklərini müəyyənləşdirməkdə sərbəstdirlər”, - deyən amerikalı diplomat Avropanın enerji təhlükəsizliyinə zəmanət olaraq səciyyələndirdiyi Cənub Qaz Dəhlizi layihəsini dəstəklədiklərini də xatırladıb.

Bundan əvvəl ABŞ-ın “Chevron” və “ExxonMobil” şirkətlərinin Xəzər dənizindəki AÇG layihəsindəki paylarını satmaq qərarına gəldikləri, bu ay “Chevron”un AÇG-dəki 9,57 faizlik, Bakı-Tbilisi-Ceyhanda isə 8,9 faizlik payını Macarıstanın MOL şirkətinə satdığı açıqlanmışdı.

Xatırladaq ki, Azəri və Çıraq yataqlarından, habelə Günəşli yatağının dərin hissəsindən hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair fərqli saziş imzalanıb. Həmin sazişdə iştirakçıların payları aşağıdakı kimidir: BP 30,37%, AzACG (SOCAR) 25%, “Chevron” 9,57%, “İmpex” 9,31%, “Equinor” (keçmiş “Statoil”) 7,27%, “ExxonMobil” 6,79%, TPAO 5,73%, “İtochu” 3,65%, ONGC “Videsh” 2,31%.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi