Səfir: "Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün əhəmiyyətli layihələrdəndir"

Səfir: "Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün əhəmiyyətli layihələrdəndir" Bakı. 3 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) bir neçə gün öncə açılışı olan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinə müsbət yanaşır və bu xəttin hədəfə tam çatmaq üçün mühüm əhəmiyyət daşıdığını hesab edir. 
Energetika
3 noyabr 2017 09:11
Səfir: Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün əhəmiyyətli layihələrdəndir
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas / Report/ Elshan Baba

Bakı. 3 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) bir neçə gün öncə açılışı olan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinə müsbət yanaşır və bu xəttin hədəfə tam çatmaq üçün mühüm əhəmiyyət daşıdığını hesab edir. 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

K.Yankauskas təmsil etdiyi qurumun Azərbaycanın reallaşdırdığı digər layihələri də dəstəklədiyini qeyd edib: “Hazırda inşası davam etdirilən və bir neçə ilə açılacağına ümid etdiyimiz Cənub Qaz Dəhlizi (SGC) layihəsi də əhəmiyyətli layihələrdəndir. SGC enerji resurslarını daşımaqla bu regionla Aİ arasında əlaqə yaradır”.

Son xəbərlər

Orphus sistemi