"Şəfəq-Asiman" strukturunda qazma işlərinə 2019-cu ilin ortalarında başlanması gözlənilir

"Şəfəq-Asiman" strukturunda qazma işlərinə 2019-cu ilin ortalarında başlanması gözlənilir Bakı.30 may. REPORT.AZ/ Gələn ilin ortalarında Şəfəq-Asiman perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanılması planlaşdırılır.
Energetika
30 may 2018 07:46
Şəfəq-Asiman strukturunda qazma işlərinə 2019-cu ilin ortalarında başlanması gözlənilir
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı.30 may. REPORT.AZ/ Gələn ilin ortalarında "Şəfəq-Asiman" perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.

Onun sözlərinə görə, hazırda kəşfiyyat qazması üçün hazırlıqlar görülür. "Əgər kəşfiyyat qazmasının nəticəsində sənaye əhəmiyyətli karbohidrogen ehtiyatları aşkar olunarsa, o zaman "Şəfəq-Asiman" ikinci "Şahdəniz" yatağı ola bilər".

Son xəbərlər

Orphus sistemi