"Şəfəq-Asiman" blokunda gələn il qazma işlərinə başlanılacaq

"Şəfəq-Asiman" blokunda gələn il qazma işlərinə başlanılacaq Qari Couns: "Buradakı qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunacaq"
Energetika
16 fevral 2018 11:15
Şəfəq-Asiman blokunda gələn il qazma işlərinə başlanılacaq
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns / Report/ Orkhan Azim

Bakı. 16 fevral. REPORT.AZ/ "2019-cu ildə "Şəfəq-Asiman" yataqlar blokunda qazma işlərinə başlanması planlaşdırılır".

"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.

"Şəfəq-Asiman" üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir", - deyə regional prezident qeyd edib.

Onun sözlərinə görə, burada qaz ehtiyatlarının olduğu ehtimal edilir: "Burada qaz ehtiyatları aşkarlanarsa, hasilat işlərinə başlanacaq və qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunacaq".

Son xəbərlər

Orphus sistemi