Seçin: "2018-ci ildə neftin orta qiyməti 40-43 dollar olacaq"

Seçin: "2018-ci ildə neftin orta qiyməti 40-43 dollar olacaq" "Rosneft"in baş icraçı direktoru: "Neftin real qiyməti 40 dollar/bareldir"
Energetika
11 Sentyabr , 2017 10:25
Seçin: 2018-ci ildə neftin orta qiyməti 40-43 dollar olacaq
РИА Новости / Сергей Гунеев

Bakı. 11 sentyabr. REPORT.AZ/ Gələn il qlobal bazarda neftin orta qiyməti 40-43 dollar/barel təşkil edəcək. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, belə bir proqnozla "Rossiya 24" telekanalına müsahibəsində "Rosneft" şirkətinin baş icraçı direktoru İqor Seçin çıxış edib.

"Şist neft istehsalı amili ilə yanaşı neft bazarına ABŞ-da maliyyə alətlərinin təsiri böyükdür. Dollar hazırda 20%-ə yaxın devalvasiya olub. Əgər siz uyğun əmsallardan istifadə edərək hesablama aparsanız, görərsiz ki, ABŞ-da neftin real qiyməti məhz 40 dollar/barel olmalıdır", - deyə İ.Seçin bildirib.

Xatırladaq ki, Rusiyanın energetika naziri Aleksandr Novak bir müddət öncə 2018-ci ildə neftin orta qiymətinin 45-55 dollar/barel olacağını ehtimal edib.

Son xəbərlər

Orphus sistemi