Yuxarı

​“Səadan” yatağında yeni quyu istismara verilib

1800 nömrəli quyudan sutkalıq 3-4 ton neft hasilatı gözlənilirdi

Bakı. 16 yanvar. REPORT.AZ/ “Səadan” yatağında 1800 nömrəli quyu qazmadan sonra istismara verilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

“Azneft” İB “Siyəzənneft” NQÇİ-nin sifarişi əsasında Kompleks Qazma İşləri Tresti tərəfindən Maykop çöküntülərinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 1400-751 metr intervaldan 10 ton/sutka neft hasilatı ilə istismar fonduna qəbul olunub.

Qeyd edək ki, 1800 nömrəli quyudan sutkalıq 3-4 ton neft hasilatı gözlənilirdi. Alınmış nəticə yataqda əlavə quyuların da qazılmasına əsas verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi