"Səadan" yatağında yeni quyu istismara verilib

"Səadan" yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub
Energetika
22 Avqust , 2016 16:20
Səadan yatağında yeni quyu istismara verilib

Bakı. 22 avqust. REPORT.AZ/ “Səadan” yatağında 1823 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin sifarişi əsasında Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ-Maykop lay dəstəsinə qazılmış quyu elektrik dalma nasosu üsulu ilə məhsul verib. Quyu 1 400-763 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.

Qeyd edək ki, "Səadan” yatağı Xəzəryanı-Quba neftli-qazlı rayonunda yerləşir. Bu rayonda geoloji kəşfiyyat işləri 1939-cu ildə hərtərəfli geoloji kəsilişlər əsasında başlayıb.

Son xəbərlər

Orphus sistemi