​"Schlumberger"ə məxsus şirkətin Azərbaycandakı ofisi bağlanıb

​"Schlumberger"ə məxsus şirkətin Azərbaycandakı ofisi bağlanıb "WesternGeco Overseas, Inc."in Bakı ofisindən "Report"a məlumatı təsdiq ediblər
Energetika
19 Avqust , 2015 14:21
​Schlumbergerə məxsus şirkətin Azərbaycandakı ofisi bağlanıb

Bakı. 19 avqust. REPORT.AZ/ "WesternGeco Overseas, Inc." şirkətinin Azərbaycandakı filialı ləğv olunub. Bu barədə "Report"a Vergilər Nazirliyindəki mənbədən məlumat verilib.

"WesternGeco Overseas, Inc."in Bakı ofisindən "Report"a məlumatı təsdiq ediblər və artıq bütün əmlakın "Schlumberger"ə təqdim edildiyi açıqlanıb.

Qeyd edək ki, "WesternGeco Overseas, Inc." şirkəti Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir və əsasən geoloji və seysmik tədqiqat işləri ilə məşğuldur.

Xatırladaq ki, "WesternGeco Overseas, Inc." şirkəti "Schlumberger"ə məxsus olan "WesternGeco" şirkətinin törəmə qurumudur. Şirkətin baş ofisi "Schlumberger"in London ofisində yerləşir.

Son xəbərlər

Orphus sistemi