​"Schlumberger" şirkətinin Azərbaycandakı daha bir təmsilçısı bağlanıb

​"Schlumberger" şirkətinin Azərbaycandakı daha bir təmsilçısı bağlanıb Şirkətin kreditorları iki ay müddətində tələblərini bildirə bilər
Energetika
11 Noyabr , 2015 10:47
​Schlumberger şirkətinin Azərbaycandakı daha bir təmsilçısı bağlanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ "Georservice S.A." şirkətinin Azərbaycandakı nümayəndəliyi bağlandığını elan edib. Bu barədə "Report"a Vergilər Nazirliyindəki mənbələrdən məlumat verilib.

Şirkətin kreditorları iki ay müddətində tələblərini Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, ev 10 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, 1958-ci ildə əsası qoyulan "Georservice S.A." şirkəti "Schlumberger Ltd."nin törəmə şirkəti kimi fəaliyyət göstərir.

Baş ofisi Parisdə (Fransa) yerləşən "Georservice S.A." əsasən sahə nəzarət xidmətləri, dərin quyularda palçıqların kimyəvi və mexaniki tərkibi ilə bağlı analizlərin aparılması və neft-qaz əməliyyatlarının məhsuldarlığına nəzarət edilməsi xidmətləri göstərir.

Son xəbərlər

Orphus sistemi