Yuxarı

​Schlumberger: Neftin qiyməti uzun müddət orta səviyyədə qalacaq

Əgər qiymətlər hazırkı səviyyədə qalarsa, ABŞ-ın Eagle Ford yatağında neft hasilatı aşağı düşə bilər

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dünyanın ən böyük neft-servis şirkəti olan Schlumberger kompaniyasının icraçı vitse-prezidenti Aşok Belani neftin qiymətinin uzun müddət orta səviyyədə qalacağını proqnozlaşdırır. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Mən uzun müddət xam neftin qiymətlərinin çox aşağı deyil, orta səviyyədə qalacağını gözləyirəm", - A.Belani Londonda Oil & Money konfransındakı çıxışında bildirib.

Onun sözlərinə görə, əgər qiymətlər hazırkı səviyyədə qalarsa, ABŞ-ın "Eagle Ford" yatağında neft hasilatı aşağı düşə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi