​"Saxo Bank": Dünya qaz bazarında qiymət artımı gözlənilir

​"Saxo Bank": Dünya qaz bazarında qiymət artımı gözlənilir Ekspertlərin fikrincə, neftin qiymətindəki dinamika gələcəkdə enmənin olacağına işarə edir
Energetika
21 Aprel , 2015 13:53
​Saxo Bank: Dünya qaz bazarında qiymət artımı gözlənilir

Bakı. 21 aprel. REPORT.AZ/ ABŞ-da neftqazma qurğularının sayının azaldılması, bahalı kömür və atom enerjisindən istifadənin azalması nəticəsində dünya bazarında enerji məhsullarına olan tələbin artacağına dair inam yaranır. Bu da qlobal bazarda təbii qazla bağlı canlanma yarada bilər. Bu barədə "Report"a "Saxo Bank"ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansen bildirib.

Onun sözlərinə görə, təbii qazın qiymətindəki geriləmədən sonra 50%-dək korreksiya ola bilər ki, nəticədə, əvvəlki aylarla müqayisədə 1 dollaradək bahalaşma ehtimalı yaranır.

"Ötən həftə WTI neftinin qiymətində 2015-ci il üçün yeni rekord hədd – 56 dollar/barel göstəricisi qeydə alınıb. Bunun başlıca səbəbi ABŞ-da hasilatın azalması və dünya enerji bazarında tələbin artması ilə bağlıdır. Neft qiymətinin hazırkı göstəricisi "V" şəkilli deyil, daha çox "W" formalı qrafikin mərkəzindəki nöqtəsindədir. Bu da gələcəkdə enmənin olacağına işarədir", - deyə O.Hansen bildirib.

Bank mütəxəssisinin fikrincə, dünya enerji bazarında tələbin artması gələcək perspektiv üçün yaxşı haldır, lakin hazırkı durumda neftin qiymətinin erkən yüksəlişi yanacaq bazarında "yanlış şəfəq" ola bilər. Belə ki, ABŞ-da neft hasilatının 20 min barel azalması xəbərinə reaksiya olaraq qiymətlər artıb. Lakin ABŞ-dakı azalma fonunda OPEC üzvlərinin hasilatının mart ayı ərzində 800-900 min barel artırması və bu tendensiyanın apreldə də davam edəcəyi ehtimalını nəzərdən qaçırmaq olmaz.

Son xəbərlər

Orphus sistemi