Yuxarı
    Bağlamaq

    "Saudi Aramco" səhmdar cəmiyyyətə çevrilib

    Bakı. 5 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkəti səhmdar cəmiyyətinə çevrilib. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Krallığın rəsmi bülleteninə istinadən "Reuters" agentliyi məlumat yayıb.

    Neft şirkətinin hüquqi statusunun dəyişdirilməsinə səbəb kimi onun özəlləşdirilməsi planları göstərilib. Qeyd edək ki, S.Ərəbistanı 2018-ci ildə "Saudi Aramco"nun səhmlərinin ilkin emissiyasını (IPO) həyata keçirmək niyyətində olduğunu bildirib.

    "Saudi Aramco"nun ilkin kapitalı 16 mlrd. ABŞ dolları və ya 200 mlrd. ədəd adi səhm kimi qiymətləndirilib. Bundan başqa, şirkətin İdarə Heyətinin 11 nəfər üzvü olacaq.

    Xatırladaq ki, "Saudi Aramco" özəlləşdirilmə xəbərlərini 2016-cı ilin yanvarında yayıb. IPO-da şirkətin 5%-nin fond birjalarında satışı nəzərdə tutulub. Şirkətin dəyəri isə 2 trln. dollar həcmində qiymətləndirilib. "Bloomberg" agentliyinin məlumatına görə, "Saudi Aramco"nun özəlləşdirilməsi 2019-cu ilə saxlanıla bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi