"Saudi Aramco" özəlləşdirmə üçün məsləhətçi banklar seçib

"Saudi Aramco" özəlləşdirmə üçün məsləhətçi banklar seçib Bu prosesə ABŞ-ın "JPMorgan Chase & Co" və "Morgan Stanley", həmçinin İngiltərənin "HSBC" bankları cəlb olunub
Energetika
30 Mart , 2017 17:10
Saudi Aramco özəlləşdirmə üçün məsləhətçi banklar seçib

Bakı. 30 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkəti ABŞ-ın "JPMorgan Chase & Co", "Morgan Stanley" və İngiltərənin "HSBC" banklarını səhmlərinin 5%-nin özəlləşdirməsi prosesinin aparılması üçün beynəlxalq maliyyə məsləhətçisi seçib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu banklar dünyanın bu günədək ən bahalı özəlləşdirilmə əməliyyatında iştirak edəcəklər. Adı çəkilən 3 bankın "Saudi Aramco"nun daha əvvəl seçdiyi ABŞ-ın "Moelis & Co." və "Evercore" investisiya banklarına müstəqil maliyyə məsləhətçiləri kimi qoşulacağı bildirilir.

Xatırladaq ki, "Saudi Aramco"nun səhmlərinin 5%-nin satışı planlaşdırılır. Satışda məqsəd azalan neft qiymətləri fonunda zəifləyən gəlirlərin kompensasiyası və iqtisadiyyatın diversifikasiyası üçün investisiyaların davam etdirilməsidir. Qeyd edək ki, şirkət hazırda təxminən 1 trln. dollardan baha qiymətləndirilir. 

Son xəbərlər

Orphus sistemi