“Saudi Aramco”nun xalis mənfəəti 12% azalıb

“Saudi Aramco”nun xalis mənfəəti 12% azalıb “Saudi Aramco” şirkəti ilk dəfə olaraq ilin I yarısı üçün hesabatını açıqlayıb.
Energetika
12 Avqust , 2019 15:36
“Saudi Aramco”nun xalis mənfəəti 12% azalıb

“Saudi Aramco” şirkəti ilk dəfə olaraq ilin I yarısı üçün hesabatını açıqlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hesabata əsasən ilin I yarısında şirkətin xalis mənfəəti 12% azalıb və 46,999 mlrd. dollar təşkil edib. Bu azalma neftin qiymətinin düşməsi ilə əlaqələndirilir.

Hesabat dövründə şirkətin əsaslı xərclərinin həcmi əvvəlki ilin müvafiq dövründə qeydə alınan 16,46 mlrd. dollardan 14,47 mlrd. dollara düşüb.

İlin I yarısında şirkətin gündəlik ümumi hasilatı 13,2 mln. barel neft ekvivalenti, neft hasilatı isə 10 mln. barel olub.

Son xəbərlər

Orphus sistemi