“Saudi Aramco”nun dünyada ən bahalı şirkət olduğu təsdiqlənib

“Saudi Aramco”nun dünyada ən bahalı şirkət olduğu təsdiqlənib Bakı. 9 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanında “DeGolyer & McNaughton” müstəqil audit şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, bu ölkənin neft ehtiyatları 264 milyard yox, 266,1 milyard bareldir.
Energetika
9 Yanvar , 2019 20:00
“Saudi Aramco”nun dünyada ən bahalı şirkət olduğu təsdiqlənib
DAWN

Bakı. 9 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanında “DeGolyer & McNaughton” müstəqil audit şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, bu ölkənin neft ehtiyatları 264 milyard yox, 266,1 milyard bareldir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat verən ölkənin energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falihin sözlərinə görə, beləliklə, “Saudi Aramco” dövlət neft şirkətinin dünyada ən bahalı şirkət olduğu təsdiqlənir.

“Reuters” bildirib ki, ölkənin təbii qaz ehtiyatları da 31 dekabr 2017-ci il tarixinə olan məlumata görə, 307 trilyondan 324 trilyon kubfutadək artıb.

D&M şirkəti ölkə ehtiyatlarının 80 faizinədək hissəsini əhatə edən 54 yatağını araşdırdığı halda, “Saudi Aramco”nun ixtiyarında cəmi 364 yatağın olduğu bildirilir. Bundan əvvəl Səudiyyə Ərəbistanı hökuməti dövlət neft şirkətini 2 trilyon ABŞ dollarına dəyərləndirmişdi.

Son xəbərlər

Orphus sistemi