“Saudi Aramco” növbəti 10 ildə qaz hasilatına 150 mlrd. dollar yatıracaq

“Saudi Aramco” növbəti 10 ildə qaz hasilatına 150 mlrd. dollar yatıracaq Bakı. 27 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti növbəti 10 il ərzində özünün qaz layihələrinə 150 mlrd. dollar investisiya etməyi planlaşdırır.
Energetika
27 Noyabr , 2018 14:22
“Saudi Aramco” növbəti 10 ildə qaz hasilatına 150 mlrd. dollar yatıracaq
0 : 00
0 : 00

Bakı. 27 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti növbəti 10 il ərzində özünün qaz layihələrinə 150 mlrd. dollar investisiya etməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə şirkətin rəhbəri Amin Əl-Nasser “Reuters”ə açıqlamasında bildirib.

“Gündəlik qaz hasilatı indiki 14 mlrd. kubfutdan (396,4 mln. kubmetr) 23 mlrd. kubfuta (651,3 mln. kubmetr) qədər artacaq”,-  agentlik bildirir.

Əl-Nasser həmçinin əlavə edib ki, Səudiyyə Ərəbistanında həmçinin dünya səviyyəli qeyri-ənənəvi qaz resursları mövcuddur: “Hazırda bizim qeyri-ənənəvi qaz hasilatı ilə məşğul olan 16 qazma qurğumuz və bu il ərzində qazılmış 70-dən çox quyumuz var”, - Əl-Nasser Dubayda keçirilən konfransda çıxışı zaman bildirib.

Onun sözlərinə görə, “Aramco” həmçinin növbəti 10 il ərzində bütün dünya üzrə neft-kimya layihələrinə investisiya yatırmağı planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi