Yuxarı
    Bağlamaq

    "Saudi Aramco" neft satışını rekord həddə azaltmağa hazırlaşır

    Azalma 7%-dən çox olacaq

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkəti öz müştəriləri üçün neft satışını noyabr ayında ciddi şəkildə azaltmağa hazırlaşır. 

    "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumat Səudiyyə Ərəbistanının Energetika Nazirliyi tərəfindən verilib.

    "Saudi Aramco"nun noyabr ayında müştərilərinə 7,15 mln. barel/gün neft satmağı planlaşdırdığı bildirilir. Bu, nəzərdə tutulan həcmdən 0,55 mln. barel/gün və ya 7,14% azdır. Qeyd edək ki, sentyabr ayında Səudiyyə Ərəbistanı ixrac həcmini 6,7 mln. barel/günə qədər azaldıb.

    Səudiyyə Ərəbistanı və Rusiya neft bazarında sabitliyin təmin edilməməsi durumunda 2018-ci ilin aprel ayından etibarən OPEC+ neft hasilatının azaldılması anlaşmasının uzadılmasını dəstəklədiklərini bəyan ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi